XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığı, parlament diplomatiyasının əhəmiyyəti, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
İki ölkənin qanunvericilik orqanları, millət vəkilləri arasında əlaqələrin, habelə parlament diplomatiyasının gücləndirilməsinin tarixi və mədəni baxımdan yaxın olan xalqlarımız arasında münasibətlərə töhfə verdiyi bildirilib.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minatəmizləmə fəaliyyəti, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
C