SON XƏBƏRLƏR

Ər-Riyadda Rusiya və ABŞ danışıqlarında ilk sessiya başa çatdı

2025.02.18, 15:49
Ər-Riyadda Rusiya və ABŞ danışıqlarında ilk sessiya başa çatdı

Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda keçirilən danışıqlarda ilk sessiyanı başa vurublar.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, tərəflər artıq işçi nahar mərhələsinə keçiblər. Danışıqların gündəliyi və əldə edilən mümkün razılaşmalarla bağlı hələlik əlavə açıqlama verilməyib.

Xatırladaq ki, bu görüş iki ölkə arasında gərgin münasibətlər fonunda keçirilir və strateji məsələlərin müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır. ABŞ və Rusiya arasında münasibətlərin normallaşmasına dair hər hansı irəliləyişin olub-olmadığı yaxın günlərdə məlum olacaq.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar