SON XƏBƏRLƏR

Ağ Ev Səudiyyə Ərəbistanında aparılan danışıqlar barədə xüsusi açıqlama yaydı

2025.02.19, 11:19
Ağ Ev Səudiyyə Ərəbistanında aparılan danışıqlar barədə xüsusi açıqlama yaydı

Ağ Evin sözçüsü Kərrolayn Levitt, Amerika və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanında keçirdiyi görüşü Rusiya-Ukrayna müharibəsinin həlli üçün böyük bir addım kimi dəyərləndirib.

Gunaz.tv

Levitt "Fox News" kanalına açıqlamasında bildirib ki, Amerika prezidenti Donald Trampın tapşırığı ilə dövlət katibi Marko Rubio, xüsusi nümayəndə Stiv Vitkoff və milli təhlükəsizlik müşaviri Mayk Uolts rusiyalı rəsmilərlə görüş keçirib və mühüm irəliləyiş əldə edilib:

“Bu, sülh yolunda atılan ilk addımlardan biridir. Qeyd etmək istərdim ki, bizim administrasiya, o cümlədən prezident Tramp, Ukrayna tərəfi, xüsusilə də prezident Zelenski ilə də birbaşa əlaqə saxlayır.”

Onun sözlərinə görə, Tramp bir gün əvvəl Fransa prezidenti Emmanuel Makronla danışıb, gələn həftə isə Britaniyanın baş naziri Kir Starmer Amerikaya səfər edəcək. 

Levitt vurğulayıb ki, bütün tərəflərin dinlənilməsi vacibdir və münaqişənin həlli üçün hər iki tərəflə danışıqlar aparılmalıdır:

“Əsas odur ki, müharibənin hər iki tərəfi ilə danışaraq həqiqətən razılığa gəlmək və problemi həll etmək mümkündür. Bu, sülh yolunda mühüm ilk addımdır.”

 

 

Ş.E

 

 

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar