SON XƏBƏRLƏR

Lavrov İran nümayəndələri ilə görüşəcəyini açıqladı

2025.02.20, 11:46
Lavrov İran nümayəndələri ilə görüşəcəyini açıqladı

Rusiya xarici işlər naziri (XİN) Sergey Lavrov yaxın vaxtlarda İran hökumətinin nümayəndələri ilə danışıqlar aparmağı planlaşdırır.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN başçısı Dövlət Dumasında "hökumət saatı"nda bildirib.

"Yaxın vaxtlarda mənim İran nümayəndələri ilə təmaslarım olacaq", - S.Lavrov bildirib.

O qeyd edib ki, bu əlaqələr zamanı müzakirə olunacaq məsələlər sırasına Xəzər dənizində milli zonaları müəyyən edən xətlərin qurulması mövzusu da daxil olacaq ki, bu da İran üçün müvafiq konvensiyanın ratifikasiyasına dair şərtlərdən biridir:

"Biz ekspert səviyyəsində bir sıra həll yolları təklif etmişik, İranlı həmkarlarımız onları nəzərdən keçirirlər".

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar