SON XƏBƏRLƏR

Zelenski Amerika-Rusiya danışıqları barədə açıqlama verdi

2025.02.20, 12:08
Zelenski Amerika-Rusiya danışıqları barədə açıqlama verdi

Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi mətbuat brifinqində ölkəsinin beynəlxalq səviyyədə apardığı işlər, gələcək diplomatik görüşlər və Amerika-Rusiya danışıqları barədə danışıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən bildirir ki, o, Amerika prezidenti Donald Trampın son bəyanatları və Vaşinqtonun Kiyevə yardımı ilə bağlı məsələlərə toxunub. Eyni zamanda, Rusiya tərəfindən aparılan dezinformasiya kampaniyalarına qarşı mübarizənin vacibliyini vurğulayıb.

“Biz Ukraynanın hüquqlarını müdafiə edirik, çünki bilirik ki, biz haqlıyıq”, – deyə Zelenski bildirib.

Prezident həmçinin Ukraynanın gələcək beynəlxalq görüşlər və diplomatik təşəbbüslər çərçivəsində müttəfiqləri ilə koordinasiyalı şəkildə işləməyə davam edəcəyini qeyd edib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar