SON XƏBƏRLƏR

Britaniyanın Baş naziri Zelenskini dəstəklədi

2025.02.20, 13:42
Britaniyanın Baş naziri Zelenskini dəstəklədi

Böyük Britaniyanın Baş naziri Key Starmer Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında münaqişə fonunda birincini dəstəkləyib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, Key Starmer bu gün Zelenskiyə zəng edərək ona öz dəstəyini ifadə edib.

Starmer Ukrayna prezidenti ilə söhbətində hər kəsin bir-biri ilə əməkdaşlıq etməli olduğunu vurğulayıb. Baş nazir Zelenskini demokratik yolla seçilmiş lider kimi dəstəkləyib və döyüşlər zamanı seçkilərin təxirə salınmasını ağlabatan adlandırıb.

Britaniya hökumətinin başçısı ABŞ-nin Ukraynada uzunmüddətli sülhə nail olmaq səylərini də dəstəklədiyini bildirib.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar