SON XƏBƏRLƏR

İran Milli Kitabxanasında erməni guşəsi yaradılacaq

2025.02.20, 14:02
İran Milli Kitabxanasında erməni guşəsi yaradılacaq

Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan İran Milli Kitabxanası və Arxivində olub.

Gunaz.tv

Səfir orada İran Milli Kitabxanasının rəhbəri Qulamrza Əmirxani ilə görüşüb.

Görüş zamanı Ermənistan-İran mədəniyyətlərarası əlaqələrinə, qədim əlyazmalar, iki ölkənin arxivləri və milli kitabxanalar sahəsində əməkdaşlığa toxunulub.

Yaxın vaxtlarda İran Milli Kitabxanasında “Ermənistan tarixi və mədəni irsi”nə həsr olunmuş kitabların təqdim olunacağı erməni guşəsinin yaradılması barədə razılıq əldə olunub.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar