SON XƏBƏRLƏR

Türkiyənin son 5 ildə Türk dövlətlərinə olan ixracı iki qat artıb

2025.02.20, 14:25
Türkiyənin son 5 ildə Türk dövlətlərinə olan ixracı iki qat artıb

Türkiyənin Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstana ixracı 2020-ci il ilə müqaisədə iki qat artaraq 11,1 milyard doları aşıb.

Gunaz.tv

Günaz TV Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə ilə digər Türk dövlətləri arasındakı ticarət əlqələri 2020-2024-cü illər arasında durmadan inkişaf edib.

Türkiyənin Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstana ixracı 2020-ci ildə 5,4 milyard, 2021-də 7,2 milyard dollar, 2022-də 8 milyard dollar və 2023-də 9,9 milyard dollar olub. 2024-cü ildə isə bu rəqəm 2020-ci ilin iki qatına, 11,1 milyard dollara çatıb.

Türkiyənin ixrac göstəriciləri Türk dövlətləri arasında belə bölünüb, Qazaxıstan 3,3 milyard dollar, Azərbaycan 3,1 milyard dollar, Özbəkistan 2,2 milyard dollar, Qırğızıstan 1,4 milyard dollar, Türkmənistan 1,1 milyard dollar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar