SON XƏBƏRLƏR

2024-cü ildə İranda 975 nəfər edam edilib, bu son 16 ilin ən yüksək göstəricisidir

2025.02.21, 10:45
2024-cü ildə İranda 975 nəfər edam edilib, bu son 16 ilin ən yüksək göstəricisidir

İki insan haqları təşkilatı İran hökumətinin 2024-cü ildə ən azı 975 nəfəri edam etdiyini açıqlayıb. Bu təşkilatların məlumatına görə, bu, 2008-ci ildən bəri ən yüksək göstəricidir.

Gunaz.tv

Bu hesabat Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı və Fransanın Ölüm Cəzasına Qarşı Həmrəylik qrupu tərəfindən dərc edilib.

Hesabata istinadən edən AFP xəbər agentliyinin məlumatına görə, İranda 2023-cü ildə 834 edam qeydə alınıb ki, bu da bir il ərzində 17% artım deməkdir.

Bu insan haqları təşkilatları xəbərdarlıq edir ki, İran  xüsusilə 2022-ci il ümummilli etirazlarından sonra edam hökmündən siyasi repressiya və əhali arasında qorxu yaratmaq vasitəsi kimi istifadə edir.

Hesabatda təsdiqlənməmiş edamlarla bağlı da narahatlıq ifadə edilir və edamların sayının qeydə alınan rəqəmlərdən daha çox olduğu bildirilir.

İran İnsan Haqları Təşkilatı 2024-cü ilin son üç ayında İranda hər gün orta hesabla beş nəfərin edam edildiyini açıqlayıb. Bu, həmin dövrdə İran hökuməti ilə İsrail arasında gərginliyin artdığı bir vaxta təsadüf edir. Təşkilat həmçinin bildirib ki, bu ilin əvvəlindən İran ən azı 121 edam icra edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar