SON XƏBƏRLƏR

SON DƏQİQƏ: HƏMAS İsraildə terror aktı həyata keçirdi

2025.02.21, 12:21
SON DƏQİQƏ: HƏMAS İsraildə terror aktı həyata keçirdi

Təl-Əvivin 50 kilometrliyində yerləşən Bat Yam şəhərində 3 avtobus partlayıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.

İlkin məlumata görə, avtobusların içərisinə partlayıcı qurğular yerləşdirilib.

Partlayışlar demək olar ki, eyni vaxtda baş verib. Hadisə nəticəsində zərər çəkən olmayıb. İsrail Nəqliyyat naziri srail ərazisində avtobus və qatarların hərəkəti dayandırılması ilə bağlı sərəncam imzaladı. Eyni zamanda İsrailin Nəqliyyat naziri Miri Regev Mərakeşə səfərini yarıçmıq qoyaraq, vətənə dönüb.

Qeyd edək ki, bu partlayışlara görə məsuliyyəti HƏMAS üzərinə götürdü.  HƏMAS İsraildə baş verən partlayışları "qisas" adlandırıb.

"The Times of Israel" nəşri HƏMAS-ın tərkibindəki "Tulkarem" təşkilatına istinadla məlumat paylaşıb.

Radikal təşkilatdan bildiriblər: "Təcavüzkar bizim torpaqlardan çıxmadığı müddətcə şəhirdlərin qisasının alınması labüddür. Bu, qələbə uğrunda mübarizədir".

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar