SON XƏBƏRLƏR

Netanyahu söz verdi: “Bu, bir daha təkrarlanmayacaq”

2025.02.21, 12:40
Netanyahu söz verdi: “Bu, bir daha təkrarlanmayacaq”

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-dan qisas alacaqlarını deyib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Netanyahu bu sözləri sonuncu girov mübadiləsi zamanı HƏMAS-ın azyaşlıların və gənclərin meyitlərini təhvil verməsindən sonra səsləndirib.

“Dörd tabut İsraili 7 oktyabr hadisələrinin bir daha təkrarlanmamasına zəmanət verməyə məcbur edir. Bizim yaxınlarımızın qanı torpaq altından bizi səsləyir və alçaq qatillərdən bunun hesabını sormağa çağırır. Biz də bunu edəcəyik”, – Netanyahu deyib.

O, HƏMAS-ı məhv edəcəklərinə söz verib.

Qeyd edək ki, HƏMAS-ın girovların meyiti olan tabutları nümayişkəranə şəkildə təhvil verilməsi BMT tərəfindən də qınanılıb və təşkilatın  insan haqları üzrə ali komissarı Volker Türk bunun beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.

Xatırladaq ki, ötən gün baş tutan mübadilə zamanı aralarında ikisi azyaşlı olmaqla, dörd israilli girovun meyiti İsrailə təhvil verilib. Bu zaman HƏMAS-ın üzvlərindən biri əlində İsrail bayraqlarına bükülü tabutların əks olunduğu plakat tutub.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar