SON XƏBƏRLƏR

İran və Ermənistan İKT sahəsində əməkdaşlığı genişləndirir

2025.02.21, 13:17
İran və Ermənistan İKT sahəsində əməkdaşlığı genişləndirir

GünazTV xəbər verir ki, bu barədə "Crossmedia" məlumat paylaşıb.

Gunaz.tv

İranın rabitə və informasiya texnologiyaları naziri Səttar Haşimi Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan ilə görüşdə İran və Ermənistan arasında ortaq mədəni və tarixi köklər olduğunu iddia edərək bu kontekstdə Dubayda “İran dəhlizi” sammitinin keçirilməsini xatırladaraq deyib:

"Bu sammitdə sərhədin istənilən nöqtəsində nəqliyyatın tranzit xidmətinin təmin edilməsi imkanları İran tərəfindən gündəmə gətirildi və Ermənistan tərəfindən yüksək rəğbətlə qarşılandı, eyni zamanda regionda aktiv fəaliyyət göstərən dövlətlər də Ermənistanla eyni münasibətdə olacağına ümid edirik".

Erməni səfir Akopyan əməkdaşlıq sahələrini və rabitə nazirlərinin qarşılıqlı görüşlərini araşdırmaq üçün hər iki tərəfdən nümayəndə heyətlərinin mübadiləsini və rabitə operatorlarının əməkdaşlığı, trafik tranziti, poçt əməkdaşlığı, birgə tədqiqatlar və süni intellekt sahələrini iki ölkənin İKT sahəsində birgə əməkdaşlığı üçün uyğun sahələr kimi təqdim edib. 

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar