SON XƏBƏRLƏR

Demirik ki, danışıq aparmırıq, ancaq...- Pezeşkian

2025.02.21, 13:46
Demirik ki, danışıq aparmırıq, ancaq...- Pezeşkian

Biz demirik ki, Amerika ilə danışıq aparmaq istəmirik, hər zaman danışıq aparmaq istədiyimizi bildirmişik, ancaq Amerikanın qoyduğu şərtlərlə müzakirələrə getməyə razı deyilik.

Gunaz.tv

Bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.

"İstəyirlər bizim hər şeiyimizi, raket və silahlarımızı əlimizdən alıb və danışıq aparsınlar, İsrail is istədiyi vaxt bizi hədəf alsın, bu olmayacaq",- o əlavə edib.

Qəzzada baş verənlərə görə də Amerika və Avropanı günahlandıran İran Prezidenti, bir daha onların şərtləri ilə danışığıa getməyəcəklərini türkcə şeirlə bəya edib: 

"Keçmə namərd körpüsündən qoy aparsın sel səni- Yatma tülkü kölgəsində qoy yesin aslan səni",- deyən Pezeşkian Donald Trampı namərd adlandırıb və onun şərtləri çərçivəsində danışıq aparmayacaqlarını təkrar edib.

Qeyd edək ki, bundan əvvəl Məsud Pezeşkian və onun komandası Amerika ilə damışıqların mümkün olduğuna işarə ediblər.

Ancaq, fevralın 8-də Əli Xaməneinin Amerika ilə danışıqların mənasız olduğu barədəki çıxışından və Pezeşkian komandasına bunu qadağan etməsindən sonra həmin şəxslər məsələ ilə bağlı əks mövqedən çıxış etməyə başlayıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar