SON XƏBƏRLƏR

Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq

2025.02.22, 11:14
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq

Böyük Britaniya hökuməti fevralın 24-də Ukraynaya növbəti hərbi yardım və Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edəcək.

Gunaz.tv

Bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb.

"Biz həmişə demişik ki, biz Ukraynaya mümkün olan ən güclü mövqedə olmağa kömək etmək istəyirik. Bu, istər danışıqlara başlamaq, istərsə də döyüşü davam etdirmək mövqeyidir. Bu variantlardan hansının müzakirə olunacağını hələ bilmirik. Bununla belə, Ukraynaya kömək etməyə davam etmək düzgün olardı", - Britaniya hökumətindəki mənbə nəşrə deyib

Qeyd edək ki, baş nazir Keir Starmerin kabineti Amerika və Ukrayna arasında münasibətlərin əhəmiyyətli dərəcədə mürəkkəbləşməsinə baxmayaraq, Kiyevə dəstək kursunu davam etdirmək niyyətindədir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar