SON XƏBƏRLƏR

Zelenski NATO-ya üzvlük müqabilində vəzifəsini tərk etməyə hazır olduğunu bildirib

2025.02.24, 12:41
Zelenski NATO-ya üzvlük müqabilində vəzifəsini tərk etməyə hazır olduğunu bildirib

Ukrayna prezidenti Volodimir Zelenski NATO-ya üzvlük müqabilində vəzifəsini tərk etməyə hazır olduğunu bildirib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, Zelenski sülh üçün lazım gələrsə, vəzifəsini tərk edə biləcəyini, lakin ölkəsinin Amerika prezident Donald Trampın dediyi məbləğdə borcu olmadığını deyib.

Təşkil etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Zelenski belə bir fürsət olacağı təqdirdə NATO-ya üzvlük müqabilində prezident postundan istefa verməyə hazır olduğunu bildirib.

O həmçinin sülh danışıqlarında Ukrayna ilə yanaşı Amerika , Rusiya və Avropa ölkələrinin də iştirak etməli olduğunu deyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar