SON XƏBƏRLƏR

Rusiya və Türkiyə xarici işlər nazirləri Güney Qafqazı müzakirə edib

2025.02.24, 13:23
Rusiya və Türkiyə xarici işlər nazirləri Güney Qafqazı müzakirə edib

Rusiya və Türkiyə xarici işlər nazirləri Güney Qafqazdakı vəziyyəti müzakirə edib.

Gunaz.tv

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə XİN başçısı Hakan Fidanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Fidanla görüşdə Güney Qafqazda əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə baxılıb.

“Tərəflər arasında etimadın möhkəmləndirilməsi, infrastrukturun, nəqliyyat kommunikasiyalarının bərpası məsələsinə, eləcə də Güney Qafqazda “3+3” əməkdaşlıq platforması çərçivəsində birgə fəaliyyətə ayrıca diqqət ayırdıq”, - Rusiya XİN başçısı vurğulayıb.

Lavrov ümumilikdə Fidanla görüşün çox faydalı keçdiyini qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar