SON XƏBƏRLƏR

Putin Amerika ilə təmaslar barədə Si Cinpini məlumatlandırıb

2025.02.24, 15:13
Putin Amerika ilə təmaslar barədə Si Cinpini məlumatlandırıb

Rusiya prezidenti Vladimir Putin Amerika ilə son təmaslar barədə Çin lideri Si Cinpini məlumatlandırıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin Putin-Cinpin telefon danışığına dair məlumatında bildirilib.

Qeyd olunub ki, Çin Xalq Respublikasının lideri Rusiya ilə Amerika arasında başlayan dialoqu dəstəklədiyini və Ukrayna münaqişəsinin sülh yolu ilə həlli yollarının tapılmasına kömək etməyə hazır olduğunu bildirib.

Telefon danışığı zamanı Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün Moskvada qeyd olunması ilə bağlı qarşıdan gələn yüksək səviyyəli görüşlərin qrafiki təsdiqlənib.

"İqtisadiyyat və ticarət, investisiya və mədəniyyət sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edilib. Putin ÇXR sədrini son Rusiya-Amerika təmasları barədə məlumatlandırıb. Çin tərəfi Rusiya ilə Amerika arasında başlayan dialoqu dəstəklədiyini və Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli yollarının tapılmasına kömək etməyə hazır olduğunu bildirib. Xüsusilə vurğulanıb ki, Rusiya-Çin xarici siyasət əlaqəsi dünya işlərində ən mühüm sabitləşdirici amildir və xarici təsirlərə məruz qalmır",deyə Kremlin məlumatında bildirilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar