SON XƏBƏRLƏR

İranın 37 həbsxanasında siyasi məhbuslar aclıq aksiyası keçirirlər

2025.02.25, 12:39
İranın 37 həbsxanasında siyasi məhbuslar aclıq aksiyası keçirirlər

Fevralın 25-də Güney Azərbaycan şəhərlərinin həbsxanaları da daxil olmaqla İranın 37 həbsxanasında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına başlayıblar.

Gunaz.tv

Bu barədə "Edama yox Kampaniyası"nın yaydığı bəyanatda bildirilib.

Aksiya keçirən məhbuslar, bu vasitə ilə beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək istəyirlər.

Aclıq aksiyası 57-cı dəfədir ki, hər həftənin ikinci günü keçirilir.

Qeyd edək ki, 2024-cü ildə İranda 1000-dən çox məhkum edam edilib, onlardan 975-nin kimliyini müəyyənləşdirmək mümkün olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar