SON XƏBƏRLƏR

Əhməd Şəra: Suriya bölünməzdir

2025.02.25, 15:49
Əhməd Şəra: Suriya bölünməzdir

"Silahlar ayrı-ayrı qruplaşmalar yox, dövlətin ixtiyarında olmalıdır, Suriya bölünməzdir".

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Şəra deyib.

“Cinayətkarları (devrilmiş prezident Bəşər Əsəd və komanda üzvlərini) məsuliyyətə cəlb edəcək keçid ədliyyə orqanı yaradacağıq. Silahların (ayrı-ayrı qruplaşmalarda yox) dövlətin ixtiyarında olması bir üstünlük deyil, yenidənqurma prosesində vəzifədir və öhdəlikdir. Qanunun aliliyinə hörməti bərpa etməliyik. Suriya bölünməz bir bütövlükdür”, - dövlət başçısı bildirib.

Əhməd Şəra əlavə edib:

“Keçmiş rejimin məhv etdiyi mənəvi-sosial quruluşun yenidən qurulmasına diqqət yetirməliyik. Ölkə reallıqlarına uyğun gəlməyən sistemləri xaricdən gətirməməli, cəmiyyətləri siyasi xəyalların laboratoriyasına çevirməməliyik.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar