SON XƏBƏRLƏR

İran hərbçiləri ana və uşağı güllələdi

2025.02.25, 16:06
İran hərbçiləri ana və uşağı güllələdi

Bu gün İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərinin Çah Camal bölgəsində İran hərbçiləri hərəkətdə olan şəxsi avtomobilə xəbərdarlıq etmədən atəş açıblar.

Gunaz.tv

Bu barədə Bəluç Fəalarının Kampaniyası məlumat yayıb.

Atəş nəticəsində Yusif Şəhlabər adlı 5 yaşlı uşaq həlak olub, onun Məryəm Şəhlabər adlı anası isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, hamilə olan ana vaxtında tibbi müdaxilə edilmədiyinə görə uşağını düşürüb.

Atəş açan hərbçilərin hadisə yerindən uzaqlaşdıqları və xəsarət alanların vətəndaşlar tərəfindən xəstəxaya çatdırıldıqları bildirilib.

Qeyd edək ki, 2024-cüildə hökumət qqüvvələrinin açdığı atəş nəticəsində 122 bəluç həlak olub, 114 bəluc isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar