SON XƏBƏRLƏR

Quzey Koreya lideri Kim müharibəyə hazırlaşmaq üçün müasir ordu qurmağa hazırlaşır

2025.02.26, 12:23
Quzey Koreya lideri Kim müharibəyə hazırlaşmaq üçün müasir ordu qurmağa hazırlaşır

Quzey Koreya lideri Kim Çen In hərbi akademiyaya səfəri zamanı istənilən müharibənin öhdəsindən gəlmək üçün güclü, müasir ordu qurmaq barədə çağırış edib.

Gunaz.tv

Güney Koreyanın kəşfiyyat agentliyi bildirib ki, Kimin hərbi hissələrdə əvvəlki yoxlamaları və təlimləri Rusiyaya əlavə əsgər göndərilməsi üçün hazırlıqların bir hissəsi ola bilər.

Güney Koreya rəsmiləri xəbərdarlıq ediblər ki, Quzey Koreya Rusiyada döyüşmək üçün silah və qoşun tədarükündən faydalana bilər. Belə ki, Quzey Koreya Ukaynaya qarşı döyüşmək üçün göndərilmiş hərbçiləri hesabına çağdaş döyük taktikaları haqqında önəmli biliklər əldə etmiş olacaq.

Qeyd edək ki, Kiyev Şimali Koreya qüvvələrinin Rusiyada ağır itkilər verdiyini, bu il yanvarın əvvəlinə qədər 3000-dən çox əsgərin öldürüldüyünü və ya yaralandığını bildirib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar