SON XƏBƏRLƏR

Pezeşkianın müşaviri: Tramp çətinliyimizi artırıb

2025.02.26, 12:43
Pezeşkianın müşaviri: Tramp çətinliyimizi artırıb

Bizim valiyuta problemimiz var və bunu gizlətmək lazım deyil, bəzilərinin bu məsələdə Trampın təsirinin olmadığı barədə iddiaları yersizdir, onun əhəmiyyətli təsiri var.

Gunaz.tv

Bunu İran Prezidenti Məsud Pezeşkianın iqtisadi əməkdaşlıq məsələləri üzrə müşaviri Məsumə Ağapur deyib.

"Tramp bu iki həftə ərzində bizim üçün vəziyyətin çətinliyini ikiqat artırıb və valyuta ilə bağlı çox çətin şəraitdəyik",- o əlavə edib.

Qeyd edək ki, hazırda hər 1 ABŞ dolları 93 min tüməndən bahadır və yaxın həftələrdə hər 1 dolların 100 min tüməni keçəcəyi proqnozlaşdırılır.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar