SON XƏBƏRLƏR

KİV: HƏMAS Qəzzada hərbi əməliyyatları bərpa etməyə hazırlaşır

2025.02.26, 13:54
KİV: HƏMAS Qəzzada hərbi əməliyyatları bərpa etməyə hazırlaşır

HƏMAS terror təşkilatı atəşkəs müddətinin şənbə günü başa çatacağı ilə əlaqədar Qəzza zolağında İsraillə hərbi əməliyyatların mümkün bərpası üçün döyüşçülərini səfərbər edir.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“HƏMAS-ın silahlı qanadı yeni komandirlər təyin edib və hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə döyüşçülərin yerləşdirilməsi ilə bağlı planlar tərtib etməyə başlayıb”, - nəşr mənbələrə istinadən qeyd edib.

Məlumata görə, terror təşkilatı İsrail ordusunun sıradan çıxardığı yeraltı tunel şəbəkəsinin bərpasına və yeni döyüşçülərin təliminə başlayıb.

WSJ-nin məlumatına əsasən, HƏMAS bəyan edib ki, Qəzza xarici vəsaitlər hesabına bərpa olunarsa, hərəkat anklava birbaşa nəzarətdən imtina etməli olacaq. Lakin HƏMAS daxilindəki sərt xətt tərəfdarları bölgəyə təsir göstərmək istəyirlər.

WSJ-nin müsahibləri bildiriblər ki, hərəkat daxilində fikir ayrılıqları o qədər kəskinləşib ki, Dohada yerləşən HƏMAS rəhbərliyi qruplaşmanın Qəzzadakı üzvləri ilə əlaqələri kəsməyi düşünür.

 

 

Ş.E 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar