SON XƏBƏRLƏR

Bu iki ölkə Ukraynaya qoşun yerləşdirmək istəyir

2025.02.26, 14:21
Bu iki ölkə Ukraynaya qoşun yerləşdirmək istəyir

Böyük Britaniya və Fransa münaqişənin nizamlanmasının bir hissəsi kimi Ukraynanın əsas infrastruktur obyektləri, o cümlədən limanlar və atom elektrik stansiyaları yaxınlığında qoşun yerləşdirmək istəyir.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” nəşri Avropa məlumat paylaşıb.

“London və Parisin planlarına görə, hərbi kontingent ölkənin şərqində - cəbhə xəttində yox, cəbhə xəttindən geridə olan Ukrayna şəhərlərində yerləşdirilməlidir”, - məlumatda deyilir.​​

ABŞ Prezidenti Donald Tramp fevralın 24-də belə bir fikir bildirmişdi ki, Rusiya rəhbərliyi münaqişənin həlli ilə bağlı razılıq əldə olunarsa, Avropa sülhməramlılarının Ukraynada mümkün yerləşdirilməsinə razılıq verməyə hazırdır. Onun sözlərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin ona son telefon danışığında bildirib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar