SON XƏBƏRLƏR

Rəcəb Tayyib Ərdoğan və Hakan Fidandan Xocalı mesajı

2025.02.26, 14:33
Rəcəb Tayyib Ərdoğan və Hakan Fidandan Xocalı mesajı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı sosial mediada paylaşım ediblər

Gunaz.tv

Ərdoğan bu soyqırımının ağrısı unudulmayacaq hadisə olduğunu bildirib.

“Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir bədən olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, - Ərdoğan qeyd edib.

screenshot_2025-02-26_133745.png

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan da  "X" sosial media platformasında paylaşım edərək bildirib: 

"Uzun illər keçməsinə baxmayaraq, hələ də qəlbimizdə dərindən hiss etdiyimiz Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla anıram. Türkiyə hər zaman olduğu kimi, sevimli Azərbaycanımızın yanındadır".

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar