SON XƏBƏRLƏR

Ukrayna ordusundan uğurlu həmlə

2025.02.26, 14:38
Ukrayna ordusundan uğurlu həmlə

Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin Pokrovsk rayonu istiqamətində Kotlin qəsəbəsini nəzarətə götürüblər.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Xortitsa” qoşun qrupu məlumat yayıb.

Bildirilir ki, hücum əməliyyatları zamanı Ukrayna hərbçiləri qəsəbəni ruslardan tamamilə təmizləyiblər.

“Kənd işğalçılara Pokrovsk-Dnepr magistral yoluna çıxmağa imkan verəcəkdi, ona görə də düşmən onun işğalı üçün ciddi qüvvə səfərbər etmişdi. Qüvvələrimiz işğalçılara Kotlində möhkəmlənməyə imkan verməyiblər və onları kənddən qovublar. Əməliyyatlar nəticəsində düşmən qüvvələri darmadağın edilib”, - məlumatda deyilir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar