SON XƏBƏRLƏR

Türkiyə Rusiya-Ukrayna müharibəsinin tezliklə sona çatmasını arzulayır

2025.02.26, 15:07
Türkiyə Rusiya-Ukrayna müharibəsinin tezliklə sona çatmasını arzulayır

Rəsmi Ankara Rusiya-Ukrayna müharibəsinin tezliklə sona çatmasını arzu edir.

Gunaz.tv

Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı ilə keçirdiyi birgə brifinqdə deyib.

Hakan Fidan deyib ki, Türkiyə müharibənin ilk günlərindən sülh naminə atılan addımları dəstəkləyir:

"Bu gün yenə də eyni mövqedəyik. Prezident Ərdoğanın da dediyi kimi, Türkiyə bu istiqamətdə gələcəkdəki görüşlərə ev sahibliyi etmək də daxil olmaqla sülh səylərinə lazımi dəstəyi verməyə hazırdır. Hazırda tərəflər arasında danışıqlar gedir, hamı sıx təmas içindədir. Mümkün atəşkəs razılaşmasının şərtlərinin nə olacağı, bunun sülh müqaviləsinə çevrilib-çevrilməyəcəyi, təhlükəsizlik təminatlarının nədən ibarət olacağı mövzuları ilə bağlı sıx təmaslar var. Görüşlərimiz də oldu. Ən yaxşısı odur ki, indi hamı (Rusiya və Ukrayna) atəşkəslə razılaşsın. Türkiyənin hansı töhfələr verə biləcəyi ilə bağlı işlərimiz davam edir”, - nazir bildirib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar