SON XƏBƏRLƏR

Azərbaycan fəallarına qarşı həbs cəzaları icra olunmaq üzrədir

2025.02.26, 19:48
Azərbaycan fəallarına qarşı həbs cəzaları icra olunmaq üzrədir

"Araz Aman Zeynabad", "Ayaz Seyfxah" və "Baqır Hacızadə", Evin həbsxanasında olan Azərbaycan fəalları, 19 feral 2025-ci ildə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsindən qəbul etdikləri bildirişdə, verilən hökmün İslam Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən, hər birinin 8-9-8 il arasında cəzalarla icra olunacağı bildirilmişdir.

Gunaz.tv

Hökmün bir hissəsində, təqsirləndirilən şəxslərin "casusluq" və "cinayət törətmək məqsədilə toplaşma və anlaşma" ittihamları ilə 2022 tarixindən indiyədək saxlanıldığından, bu müddətlərin cəza müddətindən çıxarılacağı qeyd olunub.

 

Bu fəallar, 29 yanvar 2024-ci il tarixində təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən sonra, təhlükəsizlik qurumlarının müdaxiləsi və məhkəmə orqanlarının əngəlləri səbəbilə heç bir şəkildə müvəqqəti azadlıq əldə edə bilməmiş və hələ də həbsdə qalmaqdadırlar.

 

Son günlərdə Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi, Azərbaycan fəallarının apellyasiya müraciətini rədd edərək, Cədvəl Şöbə Hakimi Abulqasim Solavatinin verdiyi ağır həbs cəzalarını olduğu kimi təsdiq etmişdir.

 

E. Y

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar