SON XƏBƏRLƏR

Quzey Koreya Rusiyanın Kursk bölgəsinə əlavə qüvvələr göndərib

2025.02.27, 12:03
Quzey Koreya Rusiyanın Kursk bölgəsinə əlavə qüvvələr göndərib

Quzey Koreya Ukraynaya qarşı müharibəsini dəstəkləmək üçün Rusiyaya daha çox qoşun göndərib.

Gunaz.tv

Bu barədə Güney Koreya Kəşfiyyatı məlumat yayıb.

Məlumatda bildirilib ki, Quzey Koreya Rusiya-Ukrayna cəbhələrində yerləşdirilən əsgərləri ağır itkilər verdikdən sonra Rusiyaya əlavə qoşun göndərib.

Qeyd edilib ki, yanvar-fevral ayları arasında 3000-ə qədər Quzey Koreya hərbçisi Rusiyaya göndərilib.

Oktyabrda göndərilən kontingentindən fərqli olaraq bu qrupa motoatıcılar, mühəndislər və elektron döyüş bölmələri daxildir.

Güney Koreya kəşfiyyatı bildirib ki, Kurskda Quzey Koreyanın 300 hərbçisi ölüb, 2700-ü yaralanıb.

“Yonhap” agentliyi isə Quzey Koreya qoşunlarının yanvarın ortalarından cəbhə xəttindəki Kursk bölgəsində döyüşlərdə iştirak etmədiyini iddia edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar