SON XƏBƏRLƏR

Türkiyə rəhbərliyi müharibənin yaxın vaxtlarda başa çatacağına inanır

2025.02.27, 12:44
Türkiyə rəhbərliyi müharibənin yaxın vaxtlarda başa çatacağına inanır

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Rusiya – Ukrayna müharibəsinin yaxın vaxtlarda sona çatacağına ümid etdiyini açıqlayıb.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş diplomatı Qətərin “Al Jazeera” telekanalına verdiyi müsahibəsində bildirib.

“Düzünü desək, Ukraynadakı müharibə ilə bağlı biz onun başa çatması üçün əlamətlər görürük”, – Fidan qeyd edib.

Nazir vurğulayıb ki, Türkiyə yaxın aylarda bu istiqamətdə real addımlar atılmasını gözləyir və əlavə edib: “Yaydan əvvəl biz konkret bir şey görəcəyik”.

Nazir yaxın vaxtlarda böhrandan çıxmağa səbəb ola biləcək addımların atılacağına inandığını söyləyib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar