SON XƏBƏRLƏR

HƏMAS dörd girovun meyitini İsrailə təhvil verdi

2025.02.27, 12:46
HƏMAS dörd girovun meyitini İsrailə təhvil verdi

HƏMAS terror təşkilatı dörd ölü girovun meyitini bu gün baş tutan mübadilədə İsrail tərəfinə təhvil verdi.

Gunaz.tv

GünazTV xəbər verir ki, müvafiq bəyanatı hərəkatın hərbi qanadı – “İzzəddin əl-Qəssam Briqadaları” qrupunun rəsmi nümayəndəsi Əbu Ubeydə özünün rəsmi teleqram kanalında yayıb.

“İsraillə razılaşmanın bir hissəsi olaraq qərara gəldik ki, axşam Ohad Yaalomi (həm də Fransa vətəndaşlığına malikdir), İshak Alqart, Şlomo Mansur və Tsaxi İdanın meyitlərini qarşı tərəfə təhvil verək”, - o yazıb.

Qeyd edək ki, İsrail hərbçiləri Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarından Qəzza zolağında fələstinli radikalların əlində olan dörd girovun meyitini aldıqlarını təsdiqlədilər.

“İsrail bu gecə Qızıl Xaç vasitəsilə dörd qaçırılmış şəxsin meyitini alıb. Misirin vasitəçiliyi ilə tabutlar “Kerem-Şalom” keçid məntəqəsində İsrail Müdafiə Qüvvələrinə təhvil verilib. Hazırda İsrail ərazisində ilkin identifikasiya proseduru başlanıb”, – bəyanatda bildirilib.

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar