SON XƏBƏRLƏR

İsrail ordusu Lübnanda atəşkəsi pozan terrorçunu öldürdü

2025.02.27, 12:47
İsrail ordusu Lübnanda atəşkəsi pozan terrorçunu öldürdü

İsrail Hərbi Hava Qüvvələri Lübnan ərazisinə yeni zərbə endirərək “Hizbullah” silahlı birləşmələrinin üzvlərindən birini məhv edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bir qədər öncə İsrail Hərbi Hava Qüvvələri Lübnanın Əl-Qasra bölgəsində 4 400-cü bölməyə aid mühüm bir “Hizbullah” terrorçusuna qarşı dəqiq və kəşfiyyat məlumatlarına əsaslanan zərbə endirib”, – bəyanatda bildirilir.

Ordu məhv edilmiş radikalın adını açıqlamasa da, onun cənub Lübnanda atəşkəs razılaşmasını pozduğunu vurğulayıb.

“Terrorçu İsrail və Livan arasında əldə edilən atəşkəs razılaşmasını dəfələrlə pozub. O, müharibə zamanı “Hizbullah” üçün silah daşımaqda iştirak edib və məhz yeni qaçaqmalçılıq əməliyyatları planlaşdırdığı an hədəfə alınıb”, – məlumatda qeyd olunub.

İsrail tərəfinin versiyasına görə, “Hizbullah”ın 4 400-cü bölməsi silah qaçaqmalçılığı ilə məşğul olmağa davam edir. “Bu, İsrail Dövlətinə təhlükə yaradır və İsrail ilə Lübnan arasındakı razılaşmaları pozur”, – hərbçilər vurğulayıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar