SON XƏBƏRLƏR

İrəvan Azərbaycan və Türkiyə ilə bağlı hesabat yaydı

2025.02.27, 13:33
İrəvan Azərbaycan və Türkiyə ilə bağlı hesabat yaydı

2024-cü ildə Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında iki görüş baş tutub.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin xarici proqramları ilə bağlı hesabatında deyilir.

Həmçinin ötən il Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının 5 iclası, xarici işlər nazirlərinin eyni sayda görüşü baş tutub.

Ermənistan-Türkiyə münasibətlərinə gəlincə, 2024-cü ildə Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bir rəsmi görüş keçirilib və iki ölkənin xarici işlər nazirləri arasında 2 telefon danışığı olub.

Ermənistan-Türkiyə quru sərhədində yerləşən Marqara-Alican keçid məntəqəsində iki ölkənin xüsusi nümayəndələrinin sayca beşinci görüşü baş tutub. Xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatiya Forumunda və İstanbulda keçirilən 3+3 formatının iclasında iştirak edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar