SON XƏBƏRLƏR

İran rejimi hər gecə İsrail və ya Amerikanın hücumunu gözləyir

2025.02.27, 13:48
İran rejimi hər gecə İsrail və ya Amerikanın hücumunu gözləyir

İran rejimi İsrail və Amerikanın mümkün hücumundan narahat olduğu üçün nüvə obyektlərini tam döyüş hazırlığı vəziyyətinə gətirib.

Gunaz.tv

İran rəsmiləri inanırlar ki, Amerikanın genişmiqyaslı hücumu İran rejiminin mövcudluğunu təhlükə altına sala bilər.

Böyük Britaniyanın Teleqraf qəzeti, çərşənbə axşamı, 25 fevral tarixində İran hökumətindəki iki mənbəyə istinad edərək yazıb ki, İran rejimi mümkün hücumlara qarşı müdafiə sistemini gücləndirmək üçün nüvə və raket obyektlərinin ətrafına yeni hava hücumundan müdafiə sistemləri yerləşdirib.

“İran rəsmiləri hər gecə hücumu gözləyir və hər şey ən yüksək səviyyədə döyüş hazırlığında saxlanılır, hətta heç kimin mövcudluğundan xəbəri olduğu obyektlərdə belə.” - deyə mənbə bildirib.

Məlumata görə, nüvə obyektlərinin gücləndirilməsi uzun illərdir davam edir, lakin son aylar, İsrailin ilk dəfə İran ərazisinə hücumundan sonra daha da intensivləşib.

Qeyd edək ki, Tramp, 10 fevral tarixində İran rejimini razılaşmaya gəlmədiyi təqdirdə bombardman etməklə hədələmişdi.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar