SON XƏBƏRLƏR

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

2025.02.27, 16:10
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta Aİ liderlərini və Ukrayna Prezidenti Volodimir Zelenskini Avropa Şurasının martın 6-da Brüsseldə keçiriləcək xüsusi iclasında iştiraka dəvət edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Aİ Şurasının prezidentinin dəvət məktubuna istinadən məlumat yayıb.

“Sizi martın 6-da Avropanın müdafiəsinə və Ukraynaya həsr olunacaq xüsusi iclasa dəvət etmək istərdim. Mən Prezident Zelenskini son hadisələri müzakirə etmək üçün Avropa Şurasının iclası münasibətilə Brüsselə dəvət etdim”, - sənəddə qeyd edilib.

Onun sözlərinə görə, sammitin əsas məqsədi fevralın 3-də başlayan müzakirənin davamı olacaq: "O, Avropa liderlərinə sürətli qərarlar qəbul etməyə imkan verməlidir. Bu qərarlar Avropanı daha suveren, bacarıqlı etməlidir".

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar