SON XƏBƏRLƏR

Paşinyan Ermənistan konstitusiyasının preambulasını dəyişdirməyi planlaşdırır

2025.02.28, 14:07
Paşinyan Ermənistan konstitusiyasının preambulasını dəyişdirməyi planlaşdırır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə konstitusiyasına dəyişikliklə bağlı referenduma əsas qanunun preambulasında müstəqillik bəyannaməsi ilə bağlı bəndin dəyişdirilməsi təklifini təqdim etməyi planlaşdırır.

Gunaz.tv

Bu barədə "Hraparak" qəzeti hakim "Vətəndaş Sazişi" partiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, konstitusiyanın yeni redaktəsində Paşinyanın müəllifi olduğu "Real Ermənistan" layihəsindən istifadə olunacaq.

Məlumata görə, Paşinyanın ideyası partiya daxilində dəstəklənməyib. Lakin onun siyasi komandasından heç kim təşəbbüsü müdafiə etməsə belə, o, bu planı həyata keçirmək niyyətindədir.

Xatırladaq ki, 2024-cü ilin sentyabrında Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün Ermənistan konstitusiyasının dəyişdirilməsinin mümkünlüyünü bəyan edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar