SON XƏBƏRLƏR

Salar Taher Əfşarın ürək vəziyyəti həbsdə pisləşib

2025.02.28, 21:56
Salar Taher Əfşarın ürək vəziyyəti həbsdə pisləşib

Gunaz.tv

Salar Taher Əfşarın həbsindən iki həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, yalan və əsassız ittihamlar onun ürək döyüntüsünü və ürək xəstəliklərini daha da artırıb, məhkəmə işçilərinin davranışındakı uyğunsuzluqlar da yaxınları arasında narahatlıq və həbsin əsas səbəbləri ilə bağlı qeyri-müəyyənliyə səbəb olub.

 

Qeyd edək ki, həbsindən bir neçə gün sonra martın 2-də 5 illik həbs cəzasının icrası ilə bağlı rəsmi bildiriş yayılsa da, Təbriz zindanındakı məhkəmə orqanlarının davranışı bu azərbaycanlı milli fəala qarşı yeni saxta işin yaradılmasının mümkünlüyündən xəbər verirdi.

 

Bazar ertəsi, fevralın 19-da Urmu Kəşfiyyat Qüvvələri tərəfindən iş yerində həbs edilən və ertəsi gün də Təbriz Kəşfiyyat İdarəsinə təhvil verilən Salar Taher Əfşar hələ də həbsdədir. İnsan haqları fəalları və insan haqları təşkilatları dəfələrlə azərbaycanlı milli fəallara qarşı məhkəmə və təhlükəsizlik təzyiqlərinin artmasından narahatlığını bildirib və ifadə azadlığına çağırıb.

 

E. Y

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar