SON XƏBƏRLƏR

Kaya Kallas Zelenskini dəstəklədi: "Biz Ukraynanın yanındayıq!"

2025.03.01, 11:56
Kaya Kallas Zelenskini dəstəklədi: "Biz Ukraynanın yanındayıq!"

Bu gün Ağ Evdə Amerika Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasındakı mübahisəli görüş dünyada ajiotaj yaradıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, əksər Avropa liderləri Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstək nümayiş etdiriblər.

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da X hesabında bu barədə yazıb.

O bildirib: "Ukrayna Avropadır! Biz Ukraynanın yanındayıq. Ukraynanın işğalçıya qarşı mübarizəsini davam etdirməsi üçün dəstəyimizi gücləndirəcəyik. Bu gün azad dünyanın yeni bir liderə ehtiyacı olduğu aydın oldu. Bu məsuliyyət biz avropalılara düşür".

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar