SON XƏBƏRLƏR

ABŞ-nin müttəfiqi Zelenskini dəstəklədi

2025.03.01, 12:21
ABŞ-nin müttəfiqi Zelenskini dəstəklədi

Avstraliya Baş naziri Entoni Albanese Ukrayna Prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı Donald Trampla gərgin keçən görüşündən sonra Ukraynanı dəstəklədiyini bildirib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, baş nazir bu barədə X şəbəkəsində yazıb.

“Prezident Zelenski Rusiyanın amansız və qanunsuz işğalı qarşısında öz xalqının rəmzi olan cəsarət və liderlik nümayiş etdirdi. Avstraliya bu çətin zamanda Ukrayna xalqını dəstəkləyir”, - Avstraliya hökumətinin başçısı vurğulayıb.

Albenese postuna Zelenski ilə fotosunu da əlavə edib.

Xatırladaq ki, Avstraliya Hind-Sakit okean regionunda ABŞ-nin ən mühüm hərbi müttəfiqidir. Hər iki ölkənin bölgədə əsas hədəfi son zamanlarda yerdə hərbi gücünü artıran Çindir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar