SON XƏBƏRLƏR

Avropa İttifaqı İran əleyhinə birləşmə çağırışı edib

2025.03.02, 20:52
Avropa İttifaqı İran əleyhinə birləşmə çağırışı edib

Gunaz.tv

Avropa İttifaqı xarici siyasət üzrə məsul olan Ştefan Kallas ABŞ və Avropa İttifaqı arasında mütəmadi olaraq fikir ayrılıqları olsa da, İran, Rusiya, Çin və Şimali Koreya ilə birgə fəaliyyət göstərən bu müttəfiqliklə mübarizə aparmaq üçün birgə əməkdaşlıq etməyin vacib olduğunu bildirib.

 

Kallas, İran, Rusiya, Çin və Şimali Koreya'nın birgə fəaliyyətini tənqid edərək, “Dünyaya baxın, İran, Rusiya, Çin və Şimali Koreya'nın bir-birilə əməkdaşlıq etdiklərini görürsünüz. Bu müttəfiqliklə mübarizə aparmaq üçün biz əməkdaşlığa ehtiyacımız var” deyə qeyd edib.

 

O, həmçinin, Avropa İttifaqı və ABŞ arasındakı münasibətlərin hər zaman eyni olmasa da, bu iki tərəf arasında müttəfiqlik və dostluğun vacib olduğunu vurğulayıb. Kallas, “Biz həmişə bir-birilə eyni fikirdə olmayacağıq, amma dostlar və müttəfiqlər öz narahatlıqlarını müzakirə etməlidirlər" deyə bildirib.

 

Avropa İttifaqı rəsmisi müharibə və qarşıdurma istəmədiklərini, ancaq ABŞ ilə əməkdaşlığa davam etmək niyyətində olduqlarını ifadə edib.

 

E. Y

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar