SON XƏBƏRLƏR

Ana dili hərəkatı fəalı Əlirza Fərşinin məhkəmə iclası keçirilib

2025.03.03, 10:00
Ana dili hərəkatı fəalı Əlirza Fərşinin məhkəmə iclası keçirilib

Tehran İnqilab Məhkəməsində Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərində yaşayan ana dili hərəkatı fəalı Əlirza Fərşinin məhkəmə iclası keçirilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, martın 1-də Tehran İnqilab Məhkəməsinin 23-cü bölməsində Fərşnin iştirakı olmadan keçirilən iclasda onun vəkili "hökumətə qarşı təbliğat’ ittihamına görə müvəkkilini müdafiə edib.

Mədəni fəalın “hökumətə qarşı təbliğat”da günahlandırıldığına dair qərar bir neçə həftə əvvəl Tehran əyalətinin Baharistan şəhəri prokurorluğunun istintaq idarəsi tərəfindən çıxarılıb. 

Qərarda “Baharistan şəhərinin kəşfiyyat şöbəsinin hesabatı” və “Əlirza Fərşinin sosial şəbəkədə paylaşımları”na istinadən onun günahkar olduğu barədə qərar verilib.

Qeyd edək ki, Əlirza Fərşi bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə təqib və həbs edilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar