SON XƏBƏRLƏR

Xamenei Pezeşkianın Amerika ilə dialoquna icazə vermədi

2025.03.03, 09:39
Xamenei Pezeşkianın Amerika ilə dialoquna icazə vermədi

İran prezidenti Məsud Pezeşkian nüvə sazişi ilə bağlı Amerika ilə dialoqu bərpa etmək niyyətində olub, lakin İslam Respublikasının lideri Ayətullah Əli Xamenei buna qarşı çıxıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi Pezeşkiyanın ölkə parlamentindəki çıxışından sitat gətirib.

"Düşündüm ki, dialoqa girmək daha yaxşıdır, amma Ali Rəhbər dedi ki, biz  Amerika ilə danışmayacağıq", - Pezeşkiyan deyib.

İran prezidenti bildirib ki, ölkə hakimiyyətinin siyasəti ali rəhbərin mövqeyi ilə uyğun olmalıdır.

Fevralın əvvəlində Xamenei Amerika prezidenti Donald Tramp administrasiyasının nümayəndələri ilə İranın nüvə proqramını müzakirə etməkdən imtina edərək, Vaşinqtonla danışıqların “ağılsızlıq” olduğunu qeyd edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar