SON XƏBƏRLƏR

Hakan Fidan: "Avropanın təhlükəsizliyi ilə bağlı suallar yaranıb"

2025.03.03, 11:25
Hakan Fidan: "Avropanın təhlükəsizliyi ilə bağlı suallar yaranıb"

“Avropa liderlərinin Ukrayna və Avropanın təhlükəsizliyi məsələlərinə dair görüşləri iki-üç həftədən bir keçirilə bilər”.

Gunaz.tv

Günaz TV "Musavat.com"a istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Hakan Fidan deyib.

Nazir bildirib: “Avropa liderləri həll yollarını müzakirə etmək üçün bir araya toplaşıblar. Belə görüşlər gələcəkdə də davam edəcək”.

Türkiyəli diplomat qeyd edib ki, Amerikanın son həftələrdə yürütdüyü siyasət Avropa liderləri arasında Ukrayna məsələsi və ümumilikdə Avropanın təhlükəsizliyi ilə bağlı suallar yaradıb:

“Bu məsələ açıq şəkildə müzakirə olunur. Müzakirələri diqqətlə izləyirik. Ukrayna ilə bağlı sülh sazişinin olub-olmayacağına birlikdə baxacağıq”.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar