SON XƏBƏRLƏR

Türkiyə ən yüksək səviyyədə Rusiya prezidenti Vladimir Putinin səfərini gözlədiyini açıqlayıb

2025.03.03, 11:29
Türkiyə ən yüksək səviyyədə Rusiya prezidenti Vladimir Putinin səfərini gözlədiyini açıqlayıb

Türkiyə ən yüksək səviyyədə Rusiya prezidenti Vladimir Putinin səfərini gözlədiyini açıqlayıb.

Gunaz.tv

Günaz TV "Musavat.com"a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə paytaxtındakı yüksək rütbəli diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Biz ən yüksək səviyyədə bildirdik ki, hörmətli Vladimir Putini gözləyirik”, - agentliyin mənbəsi bildirib.
Mənbə Rusiya liderinin Türkiyəyə səfərinin nə vaxt baş tuta biləcəyi ilə bağlı suala cavab olaraq “konkret tarixlərin olmadığını” deyib.

Bir müddət əvvəl Türkiyəyə səfər edən Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko bildirmişdi ki, bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə onu Ankarada gözlədiyini çatdırmağı xahiş edib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar