SON XƏBƏRLƏR

Prezident İlham ƏIiyev Qazaxıstanın Baş nazirini qəbul edib

2025.03.03, 12:53
Prezident İlham ƏIiyev Qazaxıstanın Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 3-də Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu qəbul edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, söhbət zamanı hərtərəfli əməkdaşlığımızın inkişafından məmnunluq ifadə olunub, son üç ildə ölkələrimiz arasında illik ticarət dövriyyəsinin təxminən 3 dəfə artdığı, nəqliyyat dəhlizləri üzrə yüklərin, o cümlədən tranzit yüklərin daşınmasında artımın davam etdiyi vurğulanıb.

Azərbaycanda və Qazaxıstanda yaradılmış birgə investisiya fondu vasitəsilə invesitisiya layihələrinə dəstək verilməsi, neft-qaz sahəsində birgə layihələrin həyata keçirilməsi, o cümlədən Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınma həcminin artırılmasının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar