SON XƏBƏRLƏR

Tramp Putinlə görüşü tezləşdirir

2025.03.03, 13:37
Tramp Putinlə görüşü tezləşdirir

Amerika Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə mübahisəsi səbəbindən Rusiya Prezidenti Vladimir Putinlə əvvəlcədən planlaşdırılan vaxtdan tez görüşə bilər.

Gunaz.tv

CNN Telekanalı bildirir ki, belə bir ssenari Amerika administrasiyasında qapalı qapılar arxasında müzakirə olunur.

“Hazırda Amerika və Rusiya nümayəndə heyətləri arasında yaxın gələcəkdə körfəz ölkələrindən birində baş tuta biləcək danışıqların ikinci mərhələsinə hazırlıq gedir”, - məlumatda deyilir.

Kremlin nümayəndəsi Kirill Dmitriyev CNN-ə deyib ki, yeni dövrdə Amerika ilə əməkdaşlığa enerji sahəsi də daxil ola bilər. Amma konkret detallar hələ açıqlanmır.

Mənbə xatırladır ki, Almaniyanın Rusiyanın Ukraynaya müdaxiləsinin əvvəlində dayandırdığı rus qaz kəməri “Şimal Axını - 2”nin bərpasına amerikalı investorları cəlb etmək cəhdləri barədə də məlumatlar var:

“Amerikanın Rusiya ilə biznes və ticarətdən böyük gəlirlər əldə etmək istəkləri göz önündədir. Çünki Rusiya mineral ehtiyatlarına görə dünyada dördüncü yerdədir.”

CNN əlavə edir ki, baş verənlər biznesdən kənara çıxır, bu, Amerika və Rusiya arasında münasibətlərin əsaslı şəkildə yenidən qurulması deməkdir.

Həmçinin kanalın mənbələrinə görə, Amerika Çinlə gələcək qarşıdurmada Rusiyanı yanında görmək istəyir. Materialda bu, “fantaziya” adlandırılır.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar