SON XƏBƏRLƏR

Pakistanlı politoloq: Bakı və İslamabad müdafiə sahəsində əməkdaşlığı genişləndirə bilər

2025.03.03, 14:00
Pakistanlı politoloq: Bakı və İslamabad müdafiə sahəsində əməkdaşlığı genişləndirə bilər

Azərbaycanın hərbi texnika parkını modernləşdirmək istəyini nəzərə alaraq, Azərbaycan və Pakistan müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirə bilər.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu politoloq Bəsim Rza Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Bakı və İslamabadı ümumi geosiyasi maraqlara və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq birləşdirir.

"Yüksək səviyyəli səfərlər ikitərəfli münasibətlərin dinamikasının artdığını göstərir. Bundan başqa, hər iki ölkə əsas beynəlxalq məsələlərdə, xüsusilə BMT və İƏT kimi çoxtərəfli forumlarda bir-birini fəal şəkildə dəstəkləyir", - Rza qeyd edib.

Politoloq Azərbaycan və Pakistanın bir-birinin ərazi bütövlüyünü dəstəkləməsini, iqtisadi, enerji və hərbi əməkdaşlığı ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verən əsas amillər olduğunu bildirib.

"Pakistan və Azərbaycan müdafiə sahəsində sıx əlaqələri var və bu əlaqələrin daha da genişlənəcəyi gözlənilir. Azərbaycanın müasir hərbi texnika əldə etməkdə maraqlı olması və Pakistanın güclü müdafiə sənayesi gələcək əməkdaşlıq üçün münbit zəmin yaradır", - o vurğulayıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar