SON XƏBƏRLƏR

KİV: HƏMAS girovları azad etməkdən imtina edərsə, İsrail hərbi əməliyyatları bərpa edəcək

2025.03.03, 14:16
KİV: HƏMAS girovları azad etməkdən imtina edərsə, İsrail hərbi əməliyyatları bərpa edəcək

HƏMAS qruplaşması razılaşmasının birinci mərhələsini uzatmaqdan və bütün girovları azad etməkdən imtina edərsə, İsrail son çarə kimi Qəzza zolağında döyüşləri bərpa etməyi planlaşdırır.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Bildirilib ki, İsrail tərəfi bölgəyə humanitar yardımın daxil edilməsi ilə yanaşı HƏMAS-a qarşı təzyiqləri mərhələli şəkildə artırmaq niyyətindədir. “Kan” qeyd edib ki, sonuncu planlaşdırılan tədbir Amerika tərəfindən təchiz edilmiş daha ağır silahlardan istifadə etməklə döyüş əməliyyatlarına qayıtmaqdır.

Yanvarın ortalarında İsrail və HƏMAS hərəkatı Misir, Qətər və Amerikanın vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs rejiminin tətbiqi barədə razılığa gəlmişdilər. Müqavilənin icrasının birinci mərhələsi 42 gün ərzində tamamlanıb, zolaqdan 33 girov İsrailə qaytarılıb. Bunun müqabilində yəhudi dövləti 1 500-dən çox fələstinlini həbsdən azad edib, onlardan bəziləri Fələstin ərazilərindən qovulub.

Daha sonra, martın 2-də İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına humanitar yardımın çatdırılmasının dayandırıldığını və bütün keçid məntəqələrinin bağlandığını elan edib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar