SON XƏBƏRLƏR

Böyük Britaniya: Ukraynada nisbi atəşkəslə bağlı heç bir razılıq yoxdur

2025.03.03, 14:30
Böyük Britaniya: Ukraynada nisbi atəşkəslə bağlı heç bir razılıq yoxdur

Ukraynada nisbi atəşkəslə bağlı heç bir razılıq əldə olunmayıb.

Gunaz.tv

Bunu bir Böyük Britaniyalı rəsmi Emanuel Makronun fikirlərinə cavab olaraq deyib.

Xatırladaq ki, Makron bazar günü Fransanın Le Figaro qəzetinə müsahibəsində Londonun və Parisin Ukraynada “havada, dənizdə və enerji infrastrukturunda” bir aylıq atəşkəs təklif etdiyini demişdi.

Böyük Britaniyanın silahlı qüvvələr naziri Lyuk Pollard isə bu məsələ ilə bağlı "Times" Radiosuna danışıb.

“Atəşkəsin necə olacağına dair heç bir razılaşma əldə olunmayıb. Lakin biz Fransa və Avropalı müttəfiqlərimizlə birlikdə Ukraynada uzunmüddətli və dayanıqlı sülh yaratmağın yolunun nədən ibarət olduğunun üzərində işləyirik.” - deyə o bildirib.

Mövzu ilə bağlı anonimlik şərti ilə fikir bildirən başqa bir Britaniyalı rəsmi isə, "masada müxtəlif variantların olduğunu, ancaq hələlik 1 aylıq atəşkəslə bağlı heç bir razılaşmanın olmadığını bildirib."

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar