SON XƏBƏRLƏR

Əfqanıstan-Pakistan sərhəddində atışma olub

2025.03.03, 17:00
Əfqanıstan-Pakistan sərhəddində atışma olub

Pakistan və Əfqanıstan arasındakı, bir həftədən artıqdır bağlı olan, şimal-qərb sərhəd keçid məntəqəsində gecə ərzində silah səsləri eşidilib.

Gunaz.tv

Toqquşmalar nəticəsində hər iki tərəfdən də itki qeydə alınmayıb.

Qeyd edək ki, Pakistanın Əfqanıstanın Torxam keçid məntəqəsində yeni sərhəd postu tikməsinə etiraz etməsi səbəbindən bu sərhəd keçid məntəqəsi 11 gündür ki, bağlıdır. Bu keçid məntəqəsi dənizə çıxışı olmayan Əfqanıstan üçün ticarət və səyahət üçün çox vacibdir.

Adının açıqlanmasını istəməyən bir Pakistan rəsmisinin məlumatına görə, Taliban qüvvələri bazar ertəsi səhər saatlarında Pakistanın sərhəd postunu avtomat silahlarla hədəfə alaraq səbəbsiz atəş açıb.

Taliban hökumətindən hadisə ilə heç bir şərh verilməyib.

Lakin şərqi Nanqarhar əyalətində yerli məmur pakistanlıları günahlandıraraq bildirib ki, onlar Əfqanıstan ərazisində tikinti ilə məşğul olan sərhəd polisinə hücum ediblər.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar